Mingəçevirdə koronaviruslu xəstə karantin postunda saxlanılıb

Mingəçevirdə koronaviruslu xəstə karantin postunda saxlanılıb
# 24 dekabr 2020 13:17 (UTC +04:00)

Mingəçevirdə koronaviruslu xəstə karantin postunda saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildilib.

Verilən məlumata görə, Oğuz rayon sakini N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

N.Həsənov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR