Mingəçevirdə maşın gözdən qüsurlu piyadanı vurub

Mingəçevirdə maşın gözdən qüsurlu piyadanı vurub
# 02 yanvar 2021 21:05 (UTC +04:00)

Mingəçevirin Heydər Əliyev prospektində “Sülh Göyərçini” abidəsi yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 1997-ci il təvəllüdlü gözdən qüsurlu şəhər sakini Səmədov Emin Ağasəf oğlunu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sol bud nahiyəsindən sınıq xəsarəti alan yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR