Mingəçevirdə minik avtomobili yolu keçmək istəyən piyadanı vurub

Mingəçevirdə minik avtomobili yolu keçmək istəyən piyadanı vurub
# 25 noyabr 2019 22:10 (UTC +04:00)

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Asan Xidmət Mərkəzinin qarşısındakı piyada keçidində qeydə alınıb.

”Ford” markalı yük maşını arxadan piyada keçidində gözləyən “Opel” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Opel” markalı avtomobil qarşısındakı piyada keçidindən keçən şəhər sakini Mustafayeva Jalə Muğdət qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR