Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb
  • Clock-gray 00:39
  • calendar-gray 19 Yanvar 2021

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində - Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ”  markalı avtomobil işıq dirəyinə çırpılıb. 

Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov

Digər xəbərlər