Mingəçevirdə qadını iş yerində bıçaqlayan şəxsin onun əri olduğu müəyyənləşib - YENİLƏNİB

Mingəçevirdə qadını iş yerində bıçaqlayan şəxsin onun əri olduğu müəyyənləşib - YENİLƏNİB
# 08 sentyabr 2020 16:52 (UTC +04:00)

Mingəçevirdə qadını bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Könül Mirzəliyevanı həyat yoldaşı Anar İsmayılovin bıçaqladığı müəyyənləşib.

O, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

***

13.40

Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyevanı iş yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.

Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR