Mingəçevirdə qaydaları pozanlar cərimələnib - FOTO

Mingəçevirdə qaydaları pozanlar cərimələnib - FOTO
# 05 aprel 2020 16:52 (UTC +04:00)

Gücləndirilmiş xüsusi karantin rejiminin daxil olduğu gecə saatlarından etibarən Mingəçevirdə bir neçə vətəndaş barəsində inzibati protokol tərtib olunub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə şəhərin küçələrində piyadaların və nəqliyyatın hərəkətinin minimum həddə düşməsinə rəğmən müvafiq karantin rejimi və yeni qaydalara riayət olunmayan hallar da qeydə alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti Şəki Regional Qrupundan APA-nın yerli bürosuna verilən məlumata əsasən, şəhərdə xüsusi rejimə nəzarət edən Polis Şöbəsi əməkdaşları tələbləri pozduğuna görə bir neçə vətəndaş haqqında inzibati protokol tərtib edilib. Onların hər biri cərimələnib.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR