Mingəçevirdə qəza olub, ölən var

Mingəçevirdə qəza olub, ölən var
# 09 aprel 2020 14:17 (UTC +04:00)

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, “KamAZ” markalı yük maşını başqa bir avtomobillə toqquşub. Həmin avtomobil isə velosipedə çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü Səfərov Rövşən Fəxrəddin oğlu və velosipedçi, 1990-cı təvəllüdlü Abdullayev Elman Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Elman Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR