Mingəçevirdə velosipedçinin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Mingəçevirdə velosipedçinin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb
# 10 aprel 2020 10:53 (UTC +04:00)

Mingəçevirdə velosipedçinin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Həsən Hüseynovun idarə etdiyi "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən həmyerlisi, 1989-cu il təvəllüdlü Rövşən Səfərovun idarə etdiyi "Mercedes" avtomobillə toqquşub.

Hadisə nəticəsində "Kamaz" markalı yük maşını idarəetməni itirərək yolun kənarı ilə hərəkətdə olan velosipedçi 1990-cı il təvəllüdlü Elman Abdulovu vurub. Velosipedçi xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orda ölüb.

Faktla bağlı Mingəçevir şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR