Mingəçevirdə zəncirvarı yol qəzası baş verib, xəsarət alan var

Mingəçevirdə zəncirvarı yol qəzası baş verib, xəsarət alan var
# 02 avqust 2020 13:35 (UTC +04:00)

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində baş verib. İdarəetmədən çıxan dörd minik avtomobili “Mercedes”, “Vaz 2106”, “Vaz 2107” və “Vaz 21099” markalı maşınlar toqquşub.

Hadisə zamanı “Vaz 21099” aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər gənc oğlan xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR