Müalicə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

Müalicə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb
# 19 fevral 2021 18:54 (UTC +04:00)

Penitensiar xidmətin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Kənan Saday oğlu Əzimova Abşeron rayon, Xırdalan şəhərində yaşayan oğlu Əzimov Ələkbər Kənan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində gizlədilmiş bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,179 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR