"Muğan Bank"ın Abşeron rayonundakı filialında yanğın olub - FOTO - YENİLƏNİB

"Muğan Bank"ın Abşeron rayonundakı filialında yanğın olub - FOTO - YENİLƏNİB
# 05 mart 2021 22:30 (UTC +04:00)

Abşeron rayon Mühafizə Polis İdarəsinə rayon ərazisində yanğınla bağlı həyəcan siqnalı daxil olub.

APA xəbər verir ki, idarənin polis əməkdaşları dərhal hadisə yerinə cəlb edilib.

Məlum olub ki, “Muğan Bank”ın Abşeron rayonunda yerləşən filialının inzibati binasında yanğın baş verib.

Bank rəhbərliyi və Abşeron Rayon Polis İdarəsinin məsul şəxsləri hazırda yanğının başvermə səbəblərini araşdırır.

Əlavə məlumat veriləcək.

***

22:06

Abşeron rayonunda “Ər-Riyad” ticarət mərkəzinin ərazisində yanğın olub.

APA xəbər verir ki, yanğın hadisəsi "Muğan Bank"ın ərazidə yerləşən filialında baş verib.

Yanğın Fövqəlad Hallar Nazirliyinin Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR