Naftalan sakinlərində narkotik aşkarlanıb - FOTO

Naftalan sakinlərində narkotik aşkarlanıb - FOTO
# 28 mart 2021 11:56 (UTC +04:00)

Naftalan şəhər sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib. Onların üzərində şəxsi axtarış keçirilən zaman P. Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R. Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR