Nardaranda qəbristanlıqda silah-sursat tapılıb

Nardaranda qəbristanlıqda silah-sursat tapılıb
# 21 noyabr 2020 13:20 (UTC +04:00)

Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən APA-ya bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR