Narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan xaricilərin sayı açıqlanıb

Narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan xaricilərin sayı açıqlanıb
# 05 noyabr 2020 17:15 (UTC +04:00)

Ötən 9 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə 61 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupundan APA-ya verilən məlumata görə. onlardan 34-ü İran İslam Respublikası, 10-u Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan və 1 - i Ukrayna vətəndaşı olub. Onlardan çəkisi 767 kq 292 qr müxtəlif növ narkotik vasitə, 18 kq 394,2 qr psixotrop maddə, 165 qr güclü təsir edən maddə, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR