Naxçıvan sakinindən tapança götürülüb

Naxçıvan sakinindən tapança götürülüb
# 28 fevral 2020 11:25 (UTC +04:00)

Bakıda Naxçıvan sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İ.Bağırovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR