Naxçıvanda ticarət mərkəzindən 315 min manat oğurluq olub

Naxçıvanda ticarət mərkəzindən 315 min manat oğurluq olub
# 28 sentyabr 2020 12:38 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasından Daxili İşlər Nazirliyinə sentyabrın 22-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 315 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini M.Seyidzadə və Danyeri kənd sakini Y.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR