Nazir müavini: “EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb”

Nazir müavini: “EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb”
# 10 dekabr 2019 11:24 (UTC +04:00)

"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub.

"İndiyə kimi helikopterlər və təyyarə vasitəsilə yanğın yerinə 150 tona yaxın su tökülüb. Mənə verilən məlumata görə, yanğın ərazisi 21 min kvadrat metrdir. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın tam məhdudlaşdırılıb. Hazırda yanğının səbəbləri araşdırılır”, - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR