Neftçala sakini intihar edib

Neftçala sakini intihar edib
# 13 yanvar 2021 11:00 (UTC +04:00)

Neftçala sakini intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Abıyev Asim Mərif oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.

Yaxınlarının verdiyi məlumata görə, mərhum onkoloji xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı Neftçala prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR