Neftçala sakinlərindən narkotik vasitə və silah götürülüb

Neftçala sakinlərindən narkotik vasitə və silah götürülüb
# 07 sentyabr 2020 13:19 (UTC +04:00)

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini T. Hümmətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən D. Mənəfov da saxlanılıb. Onun yaşadığı evə baxış zamanı TOZ-8 markalı silah aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR