Neftçala və Şəmkir sakinlərindən ov tüfəngləri götürülüb

Neftçala və Şəmkir sakinlərindən ov tüfəngləri götürülüb
# 27 yanvar 2021 12:20 (UTC +04:00)

Neftçala və Şəmkir sakinlərindən odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri C.Babayevdən, T.Məcidov, F.Muradov və R.Ələkbərovda müvafiq sənədləri olmayan 4 ədəd nömrəsi silinmiş “İJ” və “TOZ” markalı ov tüfəngləri aşkarlanıb.

Bundan başqa, Şəmkir rayon Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən “İJ” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR