Neftçalada atəş açan şəxs tutulub

Neftçalada atəş açan şəxs tutulub
  • Clock-gray 11:45
  • calendar-gray 09 Aprel 2021

Aprelin 8-də Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açıb. Xəsarət alan olmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər