Neftçalada avtoqəza zamanı avtomobillərdən biri yanıb

Neftçalada avtoqəza zamanı avtomobillərdən biri yanıb
# 28 yanvar 2020 08:52 (UTC +04:00)

Neftçala rayonunda baş vermiş avtoqəza zamanı nəqliyyat vasitələrindən biri yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub.

Nəticədə "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR