Neftçalada mənzillərdən oğurluq edən qardaşlar saxlanılıb

Neftçalada mənzillərdən oğurluq edən qardaşlar saxlanılıb
# 28 fevral 2020 11:26 (UTC +04:00)

Neftçalada mənzildən oğurluq edən qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Xıllı qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Bağırov və onun qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların qəsəbə ərazisindəki daha 1 evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları, E.Kazımova, İ.Əliyevə, Ə.Zeynalova və R.Cabbarova məxsus ümumilikdə 20 baş qoyunu qəsəbənin otlaq sahəsindən oğurladıqları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR