Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb - YENİLƏNİB

Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb - YENİLƏNİB
# 21 fevral 2021 18:16 (UTC +04:00)

Nigeriya Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan kəşfiyyat təyyarəsinin göyərtəsində olan 2-i heyət üzvü olmaqla, 7 nəfər həyatını itirib.

APA-nın xəbərinə görə, bu barədə Nigeriyanın “Nigerian Tribune” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın aviasiya naziri Xdi Sirika “Twitter” hesabında yazmışdı ki, “King Air 350” hərbi aviasiya təyyarəsi havaya qalxdıqdan az sonra mühərrikdə yaranan problem səbəbindən qəzaya uğrayıb və ölənlərin olduğu ehtimal edilir.

“Vanguard” qəzeti isə şahidlərə istinadən yazıb ki, pilot mühərrikində problem yaranan təyyarəni yaşayış məhəlləsindən kənarlaşdırmağa nail olub və təyyarə boş sahəyə düşərək tamamilə yanıb.

***

saat 16.45

Nigeriyada “King Air 350” hərbi aviasiya təyyarəsi Abucedə qəzaya uğrayıb

APA-nın xəbərinə görə, bu barədə Nigeriyanın aviasiya naziri Xdi Sirika “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, paytaxt Abucedən Minnuya uçan təyyarə havaya qalxdıqdan az sonra mühərrikdə yaranan problem səbəbindən qəzaya uğrayıb və ölənlərin olduğu ehtimal edilir.

Yerli “Daily Post” qəzeti isə təyyarənin göyərtəsindəkilərin hamısının həyatını itirdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR