Nobel prospektində qəza olub, iki nəfər yaralanıb

Nobel prospektində qəza olub, iki nəfər yaralanıb
# 23 dekabr 2019 12:12 (UTC +04:00)

Bakının Nobel prospektində qəza olub, iki nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, sosial şəbəkələrdən birində Nobel prospektində avtomobil qəzası baş verən əraziyə təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Nazirlikdən bildirilib ki, təcili tibbi yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR