Novxanı-Mehdiabad yolunda yük maşını piyadanı vuraraq öldürüb

Novxanı-Mehdiabad yolunda yük maşını piyadanı vuraraq öldürüb
# 29 dekabr 2020 07:25 (UTC +04:00)

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Novxanı-Mehdiabad yolunda qeydə alınıb.

99-JC-725 dövlət qeydiyyat nişanlı "DAF" markalı yük maşınını idarə edən 1981-ci il təvəllüdlü Nəbiyev Şöhrət Vaqif oğlu qəfil yola çıxan piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları baxış keçirib. Avtotexniki ekspertiza təyin olunub. Müəyyən edilib ki, ölən piyada 1962-ci il təvəllüdlü Mehtiyev Əkbər Nüsrət oğludur. Onun meyiti məhkəmə tibbi ekspetiza və patoloji anatomiya birliyinə təhvil verilib. Sürücü Ş.Nəbiyev isə saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR