Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılıb

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılıb
# 04 aprel 2020 16:47 (UTC +04:00)

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A. İbrahimov avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 2-də saat 23 radələrində Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Ş. Əliyevin idarə etdiyi “Chrysler” markalı avtomobilin qaçırılması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.İbrahimov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR