Nəsimi rayonunda bir nəfər eyvana çıxaraq intihar etmək istəyib

Nəsimi rayonunda bir nəfər eyvana çıxaraq intihar etmək istəyib
# 02 avqust 2020 16:21 (UTC +04:00)

Nəsimi rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR