Oğuzda avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb - SİYAHI

Oğuzda avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb - SİYAHI
# 18 dekabr 2020 12:45 (UTC +04:00)

Ötən gün axşam saatlarında Oğuz rayonu Böyük Söyüdlü kənd inzibati ərazisində avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bunlar Məmmədov İdris Səfər oğu, Qarayev Rövşən Əlican oğlu, Allahverdiyev Sərvan Qəhraman oğlu, Məmmədov Yaşar Əlixan oğlu, Qasımov Şükür Həsən oğlu, Babayev Vüsal Afət oğlu, Hacıyev Vüqar Şahmar oğlu, Ələkbərov Mahir Həsənbala oğlu, İsgəndərov Nüsrət Həsrət oğlu, Əliyev Əlihüseyn Musa oğlu, Cavadov Maarif Arif oğlu, Məmmədov Yalçın İspəndiyar oğlu, Abdullayev Möhsüm Həşim oğlu, Vəliyev Ceyhun Abbasəli oğludur.

Bakı şəhər sakini Azər Haqverdiyev idarəetdiyi “Mersedes” markalı, 99- JS 491 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtobusu yolun kənarına aşırıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən 14 nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan bəziləri müayinə və müalicə olunmaq üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Bəzi yaralıların müayinə və müalicəsi Oğuz RMX-da davam etdirilir.

Qeyd edək ki, qəzaya düşən avtobus və avtobusda sərnişin qismində olan şəxslər “Evrascon” ASC-nın işçiləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR