Oğuzda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO

Oğuzda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO
# 26 yanvar 2020 18:43 (UTC +04:00)

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.

ETSN-nin mətbuat katibi İradə İbrahimova APA-ya bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.

***

saat 17.16

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Oğuz rayonunun Xalxal kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 15.57

Oğuzda dağlıq- meşəlik ərazidə yanğın başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 15 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayon mərkəzindən keçən hissəsində yüksək dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 20-yə yaxın canlı qüvvəsi cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR