Oğuzda qanunsuz ov edənlər saxlanılıb

Oğuzda qanunsuz ov edənlər saxlanılıb
  • Clock-gray 13:05
  • calendar-gray 06 Fevral 2021

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, araşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.

Vüqar Heydərov

Digər xəbərlər