Oğuzda silahlı şəxslər tutulub

Oğuzda silahlı şəxslər tutulub
# 08 fevral 2021 11:27 (UTC +04:00)

Oğuzda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tərkeş kəndi ərazisində Qəbələ rayon sakinləri D.Piralov və R.Balari qanunsuz ov etdikləri üçün saxlanılıblar.

Onlardan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 36 ədəd patron, və digər ov ləvazimatları götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR