Oğuzda yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralanan var - YENİLƏNİB

Oğuzda yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralanan var  - YENİLƏNİB
  • Clock-gray 15:42
  • calendar-gray 11 Yanvar 2020

Oğuzda baş verən yol qəzasında yaralanan iki şəxsdən biri xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəzada yaralanan şəxs Oğuz rayonunun Qumlax kənd sakini, "VAZ 2106" markalı avtomobilin sürücü,  1953-cü il təvəllüdlü Yusif Abdulqədir oğlu Ramazanov, ölən isə onun həmkəndlisi, 1929-cu il təvəllüdlü Əhməd Asim oğlu Rəhimovdur. 91 yaşlı Əhməd Rəhimov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən orda ölüb. 

***

12:55

Oğuzda yük maşını ilə minik avtomobili toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib. “Ford” markalı xırdatutumlu yük maşını ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza zanamı iki nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date