Ordubadda avtomobillər toqquşub, ata-bala ölüb

Ordubadda avtomobillər toqquşub, ata-bala ölüb
# 19 dekabr 2020 13:20 (UTC +04:00)

Ordubadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 18-də saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi “VAZ-2106” və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ordubad RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR