Ötən gün 15 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

Ötən gün 15 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
  • Clock-gray 09:23
  • calendar-gray 09 Aprel 2021

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 8-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

3 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

 

 

Səlcuq Elçin

Digər xəbərlər