Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb

Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb
  • Clock-gray 11:00
  • calendar-gray 27 Fevral 2020

Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.    

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date