Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb

Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb
# 07 iyul 2020 12:39 (UTC +04:00)

Ötən gün respublikanın avtomobil yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR