Ötən gün cinayət törədən 48 nəfər tutulub - RƏSMİ

Ötən gün cinayət törədən 48 nəfər tutulub - RƏSMİ
# 30 yanvar 2021 11:04 (UTC +04:00)

Daxili İşlər Nazirliyi 2021-ci il yanvar ayının 29-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR