Ötən gün yaşayış yerini tərk edən 26 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən gün yaşayış yerini tərk edən 26 koronavirus xəstəsinə cinayət işi açılıb
  • Clock-gray 10:29
  • calendar-gray 11 Dekabr 2020

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, onlardan 26 nəfəri evlərinə qayıtarılıb, 1 nəfər ağır koronavirus xəstəsi isə xəstəxanaya yerləşdirilib.

Saxlanılanlardan 26 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər