Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Ötən gün yol qəzalarında 6 nəfər ölüb
  • Clock-gray 13:16
  • calendar-gray 11 Noyabr 2020

Ötən gün ölkə ərazisində baş verən avtomobil qəzalarında ölən və yaralananların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 10-da paytaxtda və digər rayonlarda 6 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub, 5 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Ölənlərdən 4 nəfəri piyada, 2 nəfər isə sürücü olub.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər