Ötən həftə itkin düşən şəhid anası Bakıda tapılıb

Ötən həftə itkin düşən şəhid anası Bakıda tapılıb
# 25 fevral 2021 12:13 (UTC +04:00)

Beyləqanda bir həftə əvvəl itkin düşmüş Adilə Nəsirova tapılıb.

Bu barədə APA-ya qadının oğlu Tərlan Əliyev məlumat verib.

O bildirib ki, anası rayondan gələrək paytaxtın Yasamal rayonunda kirayə evə köçüb. Evdən getməyinin səbəbi isə bir müddət hər kəsdən uzaqlaşmaq istəməsi olub.

Qeyd edək ki, Beyləqan rayonunun Gödəklər kəndində yaşayan 67 yaşlı A. Nəsirovanın oğlu Əliyev Rövşən Yaqub oğlu 1994-cü ildə şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR