Ötən il 46 COVID-19 xəstəsi cinayət məsuliyyətinə cəlb olunub

Ötən il 46 COVID-19 xəstəsi cinayət məsuliyyətinə cəlb olunub
  • Clock-gray 10:00
  • calendar-gray 21 Yanvar 2021

Ötən il karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 689 aktiv COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, onlardan 674 nəfər barəsində cinayət işi başlanılıb.

Həmin şəxslərdən 46 nəfər cinayət məsuliyyətə cəlb olunub, qalanları barəsində isə istintaq araşdırması aparılır.

Səlcuq Elçin

Digər xəbərlər