Ötən il 8 halda tranzit yolla narkotik keçirilməsinin qarşısı alınıb

Ötən il 8 halda tranzit yolla narkotik keçirilməsinin qarşısı alınıb
# 02 aprel 2020 18:25 (UTC +04:00)

Keçən il narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını 320 halda İrandan, 20 halda Gürcüstandan, 13 halda Rusiyadan, 3 halda ABŞ-dan, 1 halda Qətərdən, 1 halda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gərtirilməsinin, 4 halda Avstraliyaya, 2 halda Gürcüstana, 1 halda ABŞ-a, 1 halda İrana, 1 halda Rusiyaya, 1 halda BƏƏ-yə, 8 halda isə transit yolla keçirilməsinin qarşısı alınıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, 2019-cu ildə istintaqı tamamlanmış cinayət işləri üzrə 459 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 343 nəfəri barədə məhkəmə tərəfindən həbs qətimkan və ya ona alternativ qətimkan tədbiri, qalan 116 nəfər barəsində isə istintaq orqanı tərəfindən həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR