Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı azalıb

Ötən il Ali Məhkəmədə baxılan işlərin sayı azalıb
# 19 fevral 2021 10:23 (UTC +04:00)

Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev ilin yekunlarına dair keçirilən plenumun iclasında deyib.

O bildirib ki, ötən il Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında isə 41 faiz işlər azalıb:

“Ümumiyyətlə, Ali Məhkəməyə daxil olan işlərin sayı 29,9 faiz azalıb. Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR