Ötən il Azərbaycanda 197 nəqliyyat vasitəsi qaçırılıb

Ötən il Azərbaycanda 197 nəqliyyat vasitəsi qaçırılıb
# 21 yanvar 2021 17:39 (UTC +04:00)

2020-ci il ərzində respublika üzrə oğurlanmış, qaçırılmış 197 nəqliyyat vasitəsindən 187-i isti izlərlə tapılıb, 10 avtomobillə bağlı isə axtarış tədbirləri davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, respublikanın rayonlarından qaçırılmış 53 avtomobildən 49-u, Bakı şəhəri üzrə qaçırılmış 144 avtomobildən 138-i tapılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oğurlanmış, qaçırılmış nəqliyyat vasitələrinin sayı 3 fakt, axtarışda qalan avtomobillərin sayı isə 6 fakt azalıb.

Aparılmış təhlillər zamanı müəyyən edilib ki, bu növ cinayətlər əksər hallarda sutkanın qaranlıq vaxtları törədilir və cinayətin obyekti əsasən yaşayış zonalarından uzaqda, işıqlandırılmamış yol sahələrində saxlanılmış, kilid sistemi zəif olan, alarm sistemi olmayan və asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan və istehsal illəri köhnə olan) nəqliyyat vasitələridir.

Qeyd olunanları nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması, əmlaklarının hüquqa zidd əməllərdən qorunması üçün avtomobil sahibləri və sürücülərdən xahiş edirik ki, nəqliyyat vasitələrini saxlayarkən yuxarıda göstərilən hallara diqqət yetirsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR