Ötən il Hərbi Prokurorluğun 14 əməkdaşı cəzalandırılıb

Ötən il Hərbi Prokurorluğun 14 əməkdaşı cəzalandırılıb
# 07 yanvar 2020 12:50 (UTC +04:00)

Ötən il Hərbi Prokurorluğun 14 əməkdaşı cəzalandırılıb.

APA-nın məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub. Bildirilib ki, 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR