Ötən il baş vermiş oğurluğun üstü açılıb

Ötən il baş vermiş oğurluğun üstü açılıb
  • Clock-gray 11:24
  • calendar-gray 06 Mart 2021

Ötən illərdən bağlı qalmış cinayətlərin açılmasının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş iki oğurluq faktının açılması təmin edilib. Belə ki, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3 440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyalarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər