Ötən il baş verən fövqəladə hadisələrdə 70 nəfər ölüb

Ötən il baş verən fövqəladə hadisələrdə 70 nəfər ölüb
  • Clock-gray 11:11
  • calendar-gray 28 Yanvar 2020

2019-ci il ərzində respublika ərazisində 16571 təbii və texnogen mənşəli hadisə baş verib.

APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin illik statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki, bu, 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 70 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1228 nəfər təxliyə olunub. 

2019-cu il ərzində respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 insan tələfatı olub.

Bildirilib ki, təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub.

2019-cu il ərzində respublika ərazisində 16399  texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2018-ci il ilə müqayisədə 1090 hadisə və ya 7% çoxdur.

Texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Bu da 2018-ci il ilə müqayisədə həlak olanlar üzrə 37 nəfər və ya 35% azdır, xəsarət alanlar üzrə 107 nəfər və ya 46% çoxdur.

Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilib, 1092 nəfər təxliyə olunub.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date