Ötən il yol qəzalarında əvvəlki illə müqayisədə 99 nəfər çox adam ölüb

Ötən il yol qəzalarında əvvəlki illə müqayisədə 99 nəfər çox adam ölüb
# 14 fevral 2020 17:09 (UTC +04:00)

2019-cu ildə yol-nəqliyyat hadisələrinin və həmin hadisələrdə ölənlərin sayı əvvəlki illə müqayisədə artıb.

APA-nın məlumatına görə, fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib ki, 2018-ci illə müqayisədə hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, həmin hadisələrdə ölənlərin sayı 99 nəfər artıb, xəsarət alanların sayı isə 9 nəfər azalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı açılmamış qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR