Özünü Kürə ataraq intihar edən şəxsin meyiti tapılıb - YENİLƏNİB

Özünü Kürə ataraq intihar edən şəxsin meyiti tapılıb - YENİLƏNİB
# 05 aprel 2021 17:34 (UTC +04:00)

Bu gün səhər saatlarında özünü Kür çayına atan şəxsin meyiti FNH əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Əsədli kənd sakini, 1950-ci ildə anadan olmuş Abbasov İsfəndiyar Əli oğlu 1 il əvvəl itkin düşən oğlu Ziya Abbasova görə öz avtomobili ilə Kür çayının körpüsünə gələrək boğazına dəmir parçası bağlayıb və özünü çaya atıb.

Avtomobilində onun intiharı barədə məktub tapılıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

***

13:13

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR